Fariz Nəcəfov: Onları Syominə deyib transfer etmişdik
29.05.2013 - 15:45
Fariz Nəcəfov: Onları Syominə deyib transfer etmişdik
Bu gün “Qəbələ”nin yeni baş məşqçisi Yuri Syomin futbol ictimaiyyətinə təqdim olunub. Apasport.az saytının Qəbələyə ezam olunmuş əməkdaşının məlumatına görə, tədbirdə öncə klubun vitse-prezidenti Fariz Nəcəfov danışıb.

Müqavilə haqda danışan Nəcəfov bildirib ki, təmsil olunduğu komanda məşqçiyə daha çox vaxt verməyi xoşlayır: “Ötən mövsüm uğrusuz oldu. Bu günə kimi az nailliyyəti olan məşqçi ilə çalışmışıq. Bu gün isə kifayət qədər uğurlu olan çalışdırıcı ilə əməkdaşlıq edəcəyik. Müqavilə birillikdir. Baturenko, kiçik Syomin, Sənan Qurbanov, Dmitri Kramarenko və Vüqar Məmmədov məşqçi olacaq. Kramarenko həm də oynayan məşqçi olacaq. 2 futbolçu götürsək də, onları Syominə deyib transfer etmişdik”.