Bombardir də belə getdi
29.05.2013 - 16:27
Bombardir də belə getdi
“Xəzər Lənkəran”ın müqaviləsini uzatmaq istəmədiyi futbolçuların klubdakı rolu məlum olub. Apasport.az saytının xəbərinə görə, yunanıstanlı Dmitrios Sialmas klubun cari mövsüm üçün Premyer Liqadakı ən yaxşı bombardiri idi.

Ötən ilin sentyabrında komandada debüt edən hücumçu 21 matçda 6 dəfə fərqlənməklə “ağ-yaşıllar”a hamıdan çox qolla fayda vermişdi. Dmitrios bu göstəricidə hərəyə 5 dəfə fərqlənən Sadio Tounkara, Manuel Skarlatake və Roberto Alvizi arxada qoymuşdu. Kubokda 3 dəfə meydana çıxan yunanıstanlı yalnız finalda penaltini qaçırmaqla diqqət mərkəzinə düşüb. Ümumilikdə isə 24 görüşdə 3 sarı vərəqəsi olan hücumçu 1 oyunda da 2-ci sarı vərəqə üzündən meydandan qovulub.

Türkiyəli Gökhan Gülec isə qış transferidir. Təxminən 4 aydır ölkəmizdə olan legioner cəmi 10 çempionat və 2 kubok qarşılaşmasında şans qazanıb. Bu oyunlarda 3 sarı vərəqə alan futbolçu cəmi 2 dəfə qol sevinci yaşayıb.