Yuri Syomin: Bizə Kanales kimi hücumçu lazımdır – MÜSAHİBƏ
29.05.2013 - 16:41
“Qəbələ”nin baş məşqçisi Yuri Syomin bu gün mətbuat konfransı keçirib. Apasport.az saytının məlumatına görə, rusiyalı məşqçi öncə yeni klubuna təyinatının səbəblərindən danışıb.
- Diqqətlə “Qəbələ”nin iddialarına baxdım. Böyük infrastrukturu var. Rəhbərliyin futbolun inkişafına dair baxışları mənim xoşuma gəldi. İlk növbədə rəhbərliyim altında oynayan futbolçuların inkişaf etməsi əsas məqsədimdir.
- Moskvada, Kiyevdə işləmisiniz. Qəbələdə işləmək sizə çətinlik yaratmayacaq ki?
- Burda kifayət qədər yaxşı meydançalar var. Kubokun finalında da yaxşı stadion gördüm. Düşünürəm ki, bizim üçün asan olacaq.
- Rəqibləriniz haqda nə bilirsiniz: Sizə çətin olmayacaq ki?
- “İnter”, “Qarabağ” və “Neftçi” yaxşı komandadır. Dünən ölkə kubokunun finalında “Xəzər Lənkəran”ın da nəyə qadir olduğunu gördüm. Fiziki cəhətdən yaxşı komandadır.
- Arşavinin “Qəbələ”yə gəlməsi məsələsinə münasibət bildirərdiniz...
- Hələ konkret kimi alacağımızı deyə bilmərəm. Arşavini alıb-almayacağımızı da deyə bilmərəm, çünki bunu onun özündən soruşmaq lazımdır (gülür). Onu deyə bilərəm ki, bizə hücumçu lazımdır. “Neftçi”də bombardir olmuş hücumçu kimi birisi bizə mütləq gərəkdir.
- “Lokomotiv”də işlədiyiniz müddətdə məşhur futbolçuları üzə çıxardınız. “Qəbələ”də bunu görə biləcəyik?
- Əlbəttə, biz gənc futbolçulara da güvənəcəyik. Azərbaycan futbolunda onsuz da yaxşı futbolçular olub. Anatoli Banişevski, Kazbek Tuayev və Nazim Süleymanov kimi oyunçularınız olub. Bu üzdən gənclərlə işləmək problem olmamalıdır. Təki onlar anlasın ki, onlarla maraqlanan var. Məsələn, Marat İsmayılovda belə olmuşdu.
- Səmimi olsanız, deyə bilərsiniz, sizi Azərbaycana gətirən səbəb nədir?
- İlk növbədə ümumi dil tapılması, ikincisi burda gözəl şəhərlərin, təbiətin olması. Həm də bura varlı yerdir (gülür).
- Niyə 1 illik bağladınız? Belə çıxır ki, avrokuboklara düşməsəniz, gedəcəksiz?
- Sualınızı başa düşürəm. Çalışacağıq ki, hər şey edək ki, avrokuboklara vəsiqə qazanaq.
- Bura gəlməzdən öncə kiminləsə məsləhətləşmişdiniz?
- Bu həftə çox fikirləşmişdim. Sizin veteranlarla söhbət də etmişdim. Onların əksəriyyəti “Qəbələ” variantını qəbul etməyimi istəmişdilər. Mən də bunları götür-qoy edib müqavilə imzalamağa qərar verdim.
- Siz “Lokomotiv”dən də cavab gözləyirdiniz. Həmin variant alınmasaydı, Qəbələyə gəlməyəcəkdiniz. Hər halda, bunu Rusiya mətbuatı qeyd etmişdi...
- Mən “Lokomotiv”dən cavab gözləmirdim. Bunların hamısı yalan sözlərdir. Rusiya mətbuatı istədiyini yaza bilər. Mən “Qəbələ”nin təklifini ürəyimlə qəbul etmişəm.
Səbuhi TOFİQOĞLU

0
0