“Qəbələ” 7 oyun keçirəcək
29.05.2013 - 17:07
“Qəbələ” 7 oyun keçirəcək
“Qəbələ” iyunun 25-də bir araya gələcək. Apasport.az saytının məlumatına görə, Qəbələdə hazırlıqlara başlayacaq komanda iyulun 1-dən Türkiyəyə yola düşəcək.

Türkiyə toplanışından sonra isə “qırmızı-qaralar” Avstriyaya gedəcək. Qəbələnin baş meneceri Zaur Əzizovun sözlərinə görə, 3 mərhələli toplanış ərzində 7 yoxlama oyunu keçiriləcək.

Qeyd edək ki, komanda Qəbələdə olduğu 5 gün müddətində əvəzedicilərlə də yoxlama oyunu keçirəcək. Çünki Yuri Syomin gənc komandadan əsasa futbolçu götürməyi düşünür.