“Rəşad Abdullayevə bəhanə lazım idi”
29.05.2013 - 17:18
“Rəşad Abdullayevə bəhanə lazım idi”
“Biz Luis Araqona komandanı 8 tur oyuna çıxarmağı tapşırmışdıq. Ona demişdik ki, gələcək üçün komanda yaratmaqdan ötrü gənclərə də şans versin. Düşünürük ki, o, işinin öhdəsindən gəldi”. Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov deyib.

O, komandadan ayrılan Rəşad Abdullayevin gedişinə də ilk dəfə münasibət bildirib: “Düşünürəm ki, Rəşad emosional futbolçudur. Onun komandadan ayrılması səbəbini azarkeşin söz atması ilə bağlaması inandırıcı deyil. Düzü, mən Rəşadın belə açıqlama verdiyini ilk dəfə eşitdim. Məncə, o, komandadan ayrılmaq istəyirdi. Ona bunun üçün bir bəhanə lazım idi”.

Qeyd edək ki, “Qəbələ”nin kapitanı olmuş Abdullayev mətbuata açıqlamalarında komandadan ayrılma səbəbini oyunlardan birində azarkeşlərin ona yaxşı oynaya bilməməsi ilə bağlı atmacaları ilə əlaqələndirmişdi.

Səbuhi TOFİQOĞLU
0