Nikolay Adam: Futbolçularım konsentrasiyanı itirmədilər
30.05.2013 - 00:12
Nikolay Adam: Futbolçularım konsentrasiyanı itirmədilər
“Əslində bu oyunda qələbə qazanmalı idik və bunu bacardıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Nikolay Adam deyib.

O, Bakıda keçirilən III Caspian Cup beynəlxalq turnirində Qırğızıstan yığmasını 7:0 hesabı ilə məğlub etmələrini dəyərləndirib: “Fasilədə uşaqlara tapşırdım ki, 3:0 hesabı ilə irəlidə olsaq da, hesabın 0:0 olduğunu düşünün və oynayın. Sevindirici haldır ki, futbolçularım konsentrasiyanı itirmədilər və ikinci hissədə daha dörd qol vurmağı bacardılar. Qrupdakı şansımızı yaxşılaşdırmaq üçün növbəti oyunda daha da yaxşı oynamalıyıq”.

Mənbə: affa.az