“Azərbaycan yığması layiqli qələbə qazandı”
30.05.2013 - 00:20
“Belə yüksək səviyyəli turnirə bizi dəvət etdiyinə görə AFFA rəhbərliyinə minnətdarlığımızı bildiririk”. Apasport.az saytının məlumatına görə, bu sözlər Qırğızıstanın 17 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Marat İsrailova məxsusdur.
O, Bakıda keçirilən III Caspian Cup beynəlxalq turnirində yığmamıza böyük hesabla (7:0) uduzmaqlarına şərh verib: “Hər şey yüksək səviyyədə təşkil olunub. Oyun bizim üçün uğurlu olmadı. Yaxşı hazırlıq keçməməyimiz öz sözünü dedi. Azərbaycan yığması yaxşı oyun nümayiş etdirib layiqli qələbə qazandı”.
Mənbə: affa.az

0
0