“Dinamo” yığmamızın məşqçisinə dəvət göndərdi
30.05.2013 - 11:24
Azərbaycan millisinin məşqçisi Olaf Yansen daha bir Almaniya klubunun maraq dairəsinə düşüb. Apasport.az saytının məlumatına görə, az öncə Köln “Viktoriya”sı ilə danışıqları yarımçıq saxlayan 46 yaşlı mütəxəssis indi də Drezden “Dinamo”sundan təklif alıb.
Berti Foqtsun köməkçisi yeni klubunda Peter Pakultu əvəzləyə bilər. Avstriyalı çalışdırıcısını istefaya göndərən drezdenlilər onun yerində Yanseni görmək üçün danışıqlara start verib.
Qeyd edək ki, II Bundesliqanı 16-cı yerdə başa vuran “Dinamo” yalnız pley-off mərhələsindəki qələbə sayəsində daha aşağı dəstəyə yuvarlanmaqdan xilas olub.

0
0