“Bavariya”nın braziliyalı futbolçuları finalda oynamayacaqlar
30.05.2013 - 20:46
“Bavariya”nın braziliyalı futbolçuları finalda oynamayacaqlar
“Bavariya”nın iki futbolçusu - müdafiəçi Dante və dayaq yarımmüdafiəçisi Luis Qustavo Almaniya kubokunun finalında “Ştutqart”a qarşı matçda komandalarına kömək etməyəcəklər. Apasport.az saytının məlumatına görə, baş məşqçi Yupp Haynkes hər iki oyunçunun xidmətindən yaralana bilməyəcək.

Bu haqda Münhen klubunun idarə heyətinin sədri Karl-Hayns Rummenigge açıqlama verib. O, Dante və Qustavonun artıq Braziliyaya getdiklərini və onların öz milli komandasının heyətində Konfederasiyalar Kubokuna hazırlaşacaqlarını ifadə edib. Rummeniqqe onu da qeyd etdi ki, Dante və Luis hətta final matçı üçün Berlinə də gəlməyəcəklər.