Bakıda fantastik məhsuldarlıq
31.05.2013 - 08:30
Bakıda keçirilən III Caspian Cup turnirində 2 yeni rekord qeydə alınıb. Apasport.az saytının məlumatına görə, II turun qarşılaşmalarında qeydə alınan fantastik məhsuldarlıq turnirin tarixində görünməmiş hadisədir.
Belə ki, 4 oyunda qapılara 36 qol vurulub. Bu orta məhsuldarlığın 9-a bərabər olması deməkdir. Yarışın tarixində belə hadisə yaşanmamışdı. Bunadək rekord elə III turnirin ilk turu idi. Həmin gün 4 qarşılaşmada 27 qol vurulmuşdu.
Digər rekord isə ən məhsuldar oyunla bağlıdır. Gürcüstan – Qazaxıstan oyununda 14 qol vurulub ki, bu da turnirin tarixində görünməmiş hadisədir. Bunadək rekord bundan 1 gün əvvəl baş tutan Bolqarıstan – Qazaxıstan matçına aid idi – 13 qol. Hər 2 matçda 13 top buraxan qazaxıstanlılar dünənki görüşdə 1 dəfə fərqlənə bildiyindən yeni rekord gerçəkləşib.

0
0