Toni Adams: Bu, həyatımın ən pis oyunu idi
31.05.2013 - 09:12
“Qalatasaray”la UEFA kubokunun final oyunumuzu çox yaxşı xatırlayıram. Xüsusilə də Georgi Hacı ilə meydanda tez-tez üzləşirdik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Qəbələ”nin sabiq baş məşqçisi Toni Adams deyib. Qəbələdə keçirilən 15 yaşadək futbolçular arasında beynəlxalq turniri izləməyə gələn 47 yaşlı ingiltərəli mütəxəssis türkiyəli həmkarlarımıza fikirlərini bölüşüb.
Kapitanı olduğu “Arsenal”ın 2000-ci ildə UEFA kubokunun finalında “Qalatasaray”a oyun sonrası penaltilərdə uduzduğu oyundan danışan Adams uğursuzluğun səbəbini açıqlayıb: “Hacı qırmızı vərəqə alıb meydandan çıxarıldı. Ancaq bu, bizə üstünlük vermək əvəzinə “Qalatasaray”ın daha çox işinə yaramışdı. Müdafəyə keçdilər və biz o divarı heç cür yara bilmədik. Anri bir çox vəziyyətləri dəyərləndirmədi. Bu, həyatımın ən pis oyunu idi”.
Hakimi də günahlandırmağı lazım bilən keçmiş müdafiəçinin fikrincə, oyun bərabər sayda davam etsəydi, “Arsenal” matçı penaltilərə saxlamadan bitirərdi: “Çünki biz daha yaxşı komanda idik və “Qalatasaray” bu qədər qapanmayacağından, müdafiəsini rahat keçə biləcəkdik. Penaltilərə gəlincə, hakimə hələ də qəzəbliyəm. Çünki püşk zamanı “Qalatasaray” ilk penalti zərbəsini seçdi, mən isə zərbələrin “Arsenal” azarkeşləri olan qapıya vurulmağını istəsəm də, hakim bunu qəbul etmədi. Onsuz da rəqib ilk penaltini vurarkən üstünlük qazanmışdı. Üstəlik, zərbələrin onların azarkeşləri olan qapıya vurulmağı ilə daha böyük üstünlük qazandı. “Qalatasaray” qələbəni haqq etdi və onu yenidən təbrik edirəm”.
Qeyd edək ki, Qəbələdəki turnirdə Türkiyəni “Beşiktaş” təmsil edir.

0
0