“Real”: Qəbələdə “Barsa” varsa...
31.05.2013 - 12:13
Final oyunları ərəfəsində olan 15 yaşadək futbolçular arasında II Qəbələ kubokunun iştirakçıları arasında daha 2 adlı-sanlı klub yer ala bilərmiş. Apasport.az saytının məlumatına görə, yarışa dəvət alan komandalardan ikisi – İtaliya “Yuventus”u ilə İspaniya “Real”ının Qəbələyə gəlməsi baş tutmayıb.
Belə ki, hər 2 məşhur klub rəsmi dəvət aldıqdan sonra bundan məmnunluğunu ifadə etsə də, imtina qərarını verib. Bunun səbəbləri isə müxtəlif olub. İtaliyalılar sıx təqvim üzündən Azərbaycana səfər etməyin mümkünsüzlüyü qənaətinə gəlib.
“Kral klubu” isə tam fərqli səbəb önə çəkib. Madridlilər Qəbələ kubokuna qatılmaq istəsə də, əzəli və prinsipial rəqibi “Barselona”nın da ölkəmizdə olduğunu bilincə imtina etməyi məqsədəuyğun sayıb. Çünki “Real” kataloniyalılarla eyni turnirlərə qatılmaqla əlavə gərginliyə səbəb olmaq istəmir.

0
0