Rəşad Sadıqov: Mənim də əsas qorxduğum odur ki... – MÜSAHİBƏ
31.05.2013 - 14:04
Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqovun apasport.az saytına müsahibəsi
- Qətərlə 1:1 hesabı ilə nəticələnən yoldaşlıq görüşü milli komandamıza nə qazandırdı?
- Fikirləşirəm ki, bu oyunun yığmamız üçün çox faydası olacaq. Bu, bəzi oynamayan futbolçuların matçda meydana çıxmaq şansı qazanmaq baxımından idi. Məşqçilər onları iş başında gördülər. Ümumən götürsək, heyətimizdə çox futbolçu yox idi. Demək olar ki, bu oyunda tam heyətlə çıxış eləmirdik. Ancaq ilk növbədə oynamayan futbolçularımız üçün Lüksemburq rəsmi matç qabağı yaxşı praktika oldu.
- Həmin oyunda millimizin əsas qol ümidlərindən olan hücumçular – Rauf Əliyevlə Vüqar Nadirov cəza üzündən olmayacaq. Hazırda ön xətdə boşluq hiss olunurmu? Yoxsa gənc hücumçu Rüfət Dadaşovun Qətərdə qol vurmağı rahatçılığa əsas verir?
- Rüfət təkcə qol vurmadı, ümumən yaxşı oynadı. Ümumiyyətlə, bu futbolçunun potensialı yaxşıdır. Fikirləşirəm ki, öz üzərində daha çox işləsə, gələcəkdə həm özünə, həm də Azərbaycan futboluna faydası olacaq. Ancaq qaldı ki hücum xəttinə, biz təkcə hücumçulara ümid bəsləməməliyik. Futbol elədir ki, standart vəziyyətdən, müdafiəçinin hücuma qoşulmağından qol vurmaq olar. Yəni hərtərəfli oyuna köklənməliyik ki, Lüksemburqla ev matçında hər bir futbolçu qol vura bilər. Hamı cəhd eləməlidir ki, komandaya qələbə qazanmağı üçün maksimum əlindən gələn köməyi etsin. Tək hücumçulara, yarımmüdafiəçilərə ümid bəsləsək, bu, olmayacaq.
- Fikrini nə ilə izah edərdiniz?
- Çünki Lüksemburq yaxşı müdafiə olunan komandadır və bu oyunda hücumçularımıza xüsusi diqqət olacaq. Düşünürəm ki, hamı matçda hücumda komandaya əlindən gələn faydanı verə bilsin.
- Təbii ki, hamı Lüksemburqla ev oyununda yalnız qələbə gözlədiyindən, millimiz bu nəticəni düşünür. Futbolçularımız qələbəni çox istəməklə özlərini “yandıra bilərmi”?
- Mənim də əsas qorxduğum odur ki, komanda “yana bilər”, bundan ehtiyatlanıram. Çünki futbolçulardan da hiss edirəm ki, oyunu səbirsizliklə, böyük həvəslə gözləyirlər. Öz azarkeşlərimiz qarşısında qələbə qazanmaq istəyirik. Ancaq bir az diqqətli, ayıq olmalıyıq. Baş məşqçimiz təcrübəli mütəxəssisdir, indi lazım olan məsləhətlərini verəcək. Biz də təcrübəli futbolçular da öz aramızda lazım olan söhbətləri edəcək. Ağıllı olmaq lazımdır, çünki Lüksemburqun Şimali İrlandiya ilə səfərdə 1:1 oynamağı təsadüfi nəticə deyildi. Mən həmin oyunu tam izləmişəm.
- Təəssüratlarınız necədir?
- Lüksemburq göstərdi ki, səfərdə oynaya bilir. Onun əks-hücumları təhlükəlidir. Bir də heyətlərində 3-4 futbolçu ucaboylu olduğundan, standart vəziyyətlərdə şans verməməyə maksimum çalışmaq lazımdır. Boş-boş cərimə, künc zərbələri yaratmayaq. Bunu etsək, rəqibə üstünlük verəcəyik.
- Qətərlə matçda meydana çıxmamağın gözlənildiyi halda, oynadınız. Bu, o deməkdir ki, fiziki cəhətdən probleminiz yoxdur, zədəniz tam sağalıb?
- Fiziki cəhətdən problemim yoxdur. Çünki çempionatın demək olar bütün matçlarında oynamışam. Yalnız son turda “Simurq”la oyunda iştirak edə bilmədim. Sadəcə, zədə baxımdan bir az problemlərim var. Oyuna çıxmağım planlaşdırılmırdı. Ancaq sonradan elə oldu ki, baş məşqçi mənə oynaya bildiyimi dedi. Mən də “lazımdırsa, meydana çıxım” dedim və çalışdırıcı məni buraxdı. Ancaq elə oldu ki, matçın sonunda ağrılarım yenidən artdı və son 2-3 dəqiqəni zorla oynadım. Dünəndən bu günə müalicə edirik. Görək oyuna qədər olacaq.
- Azərbaycan kubokunda uğrunda “Neftçi” ilə “Xəzər Lənkəran” arasında final oyunundan sonrakı insident millinin matçını kölgədə qoydu. Siz baş verənləri necə qarşıladınız?
- Bu olay haqda çox danışmaq istəmirəm. Ancaq çox xoşagəlməz hadisə olduğunu deyə bilərəm. Belə halların olmamağının, təkrarlanmamağının tərəfdarıyam.
- Acınacaqlı hal odur ki, bir-biri ilə dalaşan futbolçular hazırda millidə olan, dostlar Mahir Şükürovla Elnur Allahverdiyevdir. Bir kapitan kimi onlarla söhbət edib, qınamısınız, tənbeh etmisiniz?
- Mahirlə Elnurun açıqlamalarından da görsənir ki, oyunundan sonra barışıblar və aralarında problem yoxdur. Çünki hamı bilir ki, onlar yaxın dostdurlar. Orda necə olduğunu, bir-birinə ərk etdiyini bilmirəm.
- Müdafiəçilər psixoloji cəhətdən oyuna köklənə biləcəklər?
- Düşünürəm ki, elə bir problemləri yoxdur. Dünən artıq məşq edirdilər, hamının vəziyyəti yaxşı, hər şey qaydasında idi.
- Millimizin almaniyalı baş məşqçisi Berti Foqtsun Mahir və Elnurla söhbəti oldumu?
- Elə bir ciddi söhbət olmadı.
Mehman SÜLEYMANOV

0
0