İqor Ponomaryov Kaxa Kaladzenin vida oyununda - FOTOLAR
31.05.2013 - 14:18
Azərbaycan futbol veteranlarından ibarət nümayəndə heyəti Gürcüstana yollanıb. Apasport.az saytının məlumatına görə, həmyerlilərimiz Gürcüstan Futbol Federasiyası və onun baş sponsoru “SOCAR Georgia”nın dəvəti ilə Gürcüstan futbolunun məşhur yetirmələrindən olan, “Milan”ın sabiq futbolçusu Kaxa Kaladzenin vida oyununa həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Tiflisdə səfərdədir.
Nümayəndə heyətinin üzvləri - İskəndər Cavadov, İqor Ponomaryov, Oqtay Abdullayev, Asim Xudiyev, Asif Əliyev, Vəli Qasımov və Maşallah Əhmədov ümummilli lider Heydər Əliyevin Gürcüstan paytaxtındakı abidəsini ziyarət edərək abidənin önünə gül dəstələri qoyublar.

0
0