AFFA agentlərin fəaliyyətinə nəzarət edə bilməyəcəyək
31.05.2013 - 15:44
AFFA agentlərin fəaliyyətinə nəzarət edə bilməyəcəyək
FİFA-nın Konqresi agentlərin lisenziyalaşdırılmağı sisteminin ləğvi ilə bağlı qərar qəbul edib. Apasport.az saytının məlumatına görə, bu haqda qurumun Oyunçuların Transferi və Statusu Komitəsinin Omar Onqaro məlumat verib.

Bu qərar o deməkdir ki, agentlərin fəaliyyəti daha milli assosiasiyalar tərəfindən nəzarət oluna bilməyəcək, agentlərin lisenziyalaşdırılmağı institutu ləğv olunub. Dəyişiklikdən sonra klublara və oyunçulara agentlər, yaxud vasitəçilərlə qarşılıqlı əməkdaşlıqları ilə bağlı hesabat etmələri tələb olunacaq. Milli federasiyalar isə agentlərə iradlar edə bilməyəcək. Çünki onlar daha futbol subyektləri sayılmayacaqlar. Bununla da agentlər futbol instansiyalarında öz maraqlarını müdafiə etmək imkanlarını itirəcəklər.

Dünya ali futbol qurumu belə qərar qəbul etməklə onu etiraf edir ki, agentlər milli federasiyalarda lisenziyalaşdırılma keçmələrinə baxmayaraq onlara təsir etmək, fəaliyyətlərinə nəzarət etmək çətindir, hətta mümkün deyil.

FİFA il ərzində yeni sistemin ləğvi və hesabatların təqdim olunmağı ilə bağlı lazımı sənədləri hazırlayacaq.

Qeyd edək ki, Mavrikdə keçirilən FİFA-nın 63-cü Konqresində AFFA-nın baş katibi Elxan Məmmədov iştirak edir.