Elxan Məmmədov üçün uğurlu reytinq cədvəli
31.05.2013 - 16:32
Beynəlxalq Сüdo Federasiyası iyun ayı üçün reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, “World Masters”in yekununa əsasən açıqlanan siyahı Azərbaycan yığmasının aparıcı üzvləri üçün pis alınmayıb.
Belə ki, az öncə Bakıda keçirilən “Böyük dəbilqə”nin ardınca “World Masters”in qalibi olan Elxan Məmmədov (100 kq) 3-cü yerə yüksəlib. Onunla eyni çəkidə mübarizə aparan və son 2 yarışı medalla başa vuran Elmar Qasımov da 4 pillə irəliləyib. O, hazırda 6-cıdır.
Təmsilçilərimizdən Nicat Şıxəlizadə (66 kq) 9-cu, Rüstəm Orucov (73 kq) 10-cu, Şahin Qəhrəmanov (90 kq) 11-ci yerdədirlər. Onlarla müqayisədə digər cüdoçularımız “20-lik”dən kənardırlar. Kifayət Qasımova (57 kq, 21-ci yer) və Ramilə Yusubova (63 kq, 37) yerində “saydıqları” halda, İlqar Müşkiyev (60 kq) 3 (25), Tərlan Kərimov (66 kq) 1 (26) pillə aşağı düşüb.
81 kq çəki dərəcəsində qüvvəsini sınayan, lakin son yarışlara qatılmayan Olimpiya çempionumuz Elnur Məmmədli də geriləməkdə davam edir. O, bu dəfə daha 2 rəqibini özündən irəli buraxaraq, 32-ci yerə enib. Onunla eyni çəkidə mübarizə aparan Tural Səfquliyev isə əksinə, 1 pillə qabağa gedərək, 24-cü yerə qalxıb.
Qeyd edək ki, bu idman növündə Olimpiadaya lisenziya reytinq cədvəlinə əsasən verilir.

0
0