Qəbələ kuboku “NTVSpor”da
31.05.2013 - 18:01
Qəbələ kuboku “NTVSpor”da
15 yaşadək futbolçular arasında keçirilən II Qəbələ kuboku Türkiyənin ən reytinqli televiziya kanallarından olan “NTV Spor”un diqqətindən kənar qalmayıb. Apasport.az saytının məlumatına görə, beynəlxalq turniri işıqlandıran kütləvi informasiya vasitələri arasında yer alan türkiyəli həmkarlarımız "Yensen de, yenilsen de" verilişinin növbəti sayını ölkəmizdə hazırlayıb.

Belə ki, sabah efirə gedəcək veriliş turnirə və "Qəbələ" İdman Klubuna həsr edilib. Yüksək reytinqə malik verilişin qonaqları klub prezidentinin müşaviri, əfsanəvi futbolçu Toni Adams, "Qəbələ" Futbol Akademiyasının keçmiş direktoru Ali Yavaş, onun xələfi Stenli Brard, burada baş məşqçi kimi çalışan Halim Fıçıcı, Hollandiya futbolunun tanınmış simalarından olan və "Feyenoord"un U-15 komandasına rəhbərlik edən Roy Makay, "Beşiktaş"ın aşağı yaş qrupları üzrə koordinatoru Emrah Bayraktar vəı olub.

Tanınmış aparıcılar Bağış Erten və Banu Yelkovan verilişdə həmçinin "Qəbələ", Feyenoord", "Beşiktaş" və "Şaxtyor"u təmsil edən futbolçular da iştirak ediblər. Qonaqlar proqramda keçmiş karyeraları, Qəbələdə futbolun inkişaf tempi, infrastruktur, aşağı yaş qruplarının fəaliyyəti və Qəbələ Kuboku haqda danışıblar.

Mənbə: gabalafc.az
0