Məşhur aparıcılar Qəbələdə müsbət mənada təsirləniblər - VİDEO
31.05.2013 - 18:24
Məşhur aparıcılar Qəbələdə müsbət mənada təsirləniblər - VİDEO
Türkiyənin “NTV Spor” kanalının yüksək reytinqli “Yensen de, yenilsen de” verilişinin tanınmış aparıcıları - Banu Yelkovan və Bağış Erten proqramın növbəti bölümünün çəkilişlərindən sonra təəssüratlarını və “Qəbələ” haqda fikirlərini klubun saytı ilə bölüşüblər. Apasport.az saytının məlumatına görə, türkiyəli aparıcılar gördükləri mənzərədən, düşdükləri futbol atmosferindən müsbət mənada təsirləndiklərini, “Qəbələ”də tətbiq olunan futbol modelinə Türkiyədə də ehtiyac olduğunu bildiriblər.