Ronaldo 2018-ci ilə qədər “Real”la razılığa gəldi
31.05.2013 - 18:53
Ronaldo 2018-ci ilə qədər “Real”la razılığa gəldi
“Real”ın hücumçusu Kriştianu Ronaldo klubla müqavilənin müddətini uzadılması haqqında razılığa gəlib. Apasport.az saytının məlumatına görə, 28 yaşlı futbolçu daha 5 ildə Madrid təmsilçisində qalacaq.

Portuqaliyalı forvardın yeni müqaviləsi 2018-ci ilin iyun ayının sonuna kimi hesablanacaq. İspaniya mətbuatı iddia edir ki, Ronaldonun maaşı isə illik 16 milyon avro təşkil edəcək.

Qeyd edək ki, Ronaldo hazırda Portuqaliya milli komandasının heyətində DÇ-2014-ün seçmə mərhələsində Rusiya yığmasına qarşı oyuna hazırlaşır. Matç iyunun 7-də Lissabon şəhərində keçiriləcək.