Karles Puyol “Barselona”nı tərk edə bilər
31.05.2013 - 21:01
Karles Puyol “Barselona”nı tərk edə bilər
“Barselona”nın kapitanı Karles Puyol gələcək karyerası ilə bağlı fikirlərinin bildirib. Apasport.az saytının məlumatına görə, Kataloniya təmsilçisinin təcrübəli müdafiəçi komandanı tərk edə bilər.

Əgər növbəti illərdə Puyol özünü yaxşı hiss etməsə, bu reallaşacaq: “Yeni mövsümün əvvəlinə qədər bərpa olmaq üçün hazırlaşıram. Karyeramı “Barselona”da davam etmək istəyirəm. Mənim Kataloniya klubu ilə hələ üç illik müqaviləm var. Hətta gələcəkdə bunu uzada da bilərəm. “Milan”a gəlincə, mən İtaliyaya köçməyə hazırlaşmıram. Həmişə demişəm ki, qırx yaşıma qədər oynamaq istəyirəm, amma əgər özümü yaxşı hiss etməsəm, onda “Barsa”dan getməli olacağam”.

Qeyd edək ki, 35 yaşlı Karles Puyol karyerası ərzində yalnız “Barselona” və İspaniya yığmasının şərəfini qoruyub.