Sneyder: “İnter”də məni məhv etməyə çalışırdılar
31.05.2013 - 22:00
“Qalatasaray”ın yarımmüdafiəçisi Uesli Sneyder Hollandiya mətbuatına sabiq komandası “İnter”lə bağlı maraqlı açıqlama verib. Apasport.az saytının məlumatına görə, 28 yaşlı futbolçu İtaliya klubundakı yaşadığı pis günlərindən danışıb.
Sneyder bildirib ki, Milan təmsilçisində onu məhv etməyə çalışırdılar: “Mən “İnter”in cari mövsümü 9-cu pillədə başa vurmasına çox təəssüflənirəm. Artıq postu tərk edən məşqçiyə də şəfqət göstərirəm. Amma klubun başqa nümayəndələrinə təəssüflənmirəm. Ümid edirəm ki, Avropa Liqasına vəsiqə qazana bilməmələri, onların səhvlərini fikirləşməyə məcbur edəcək. “İnter”də məni bir neçə dəfə məhv etməyə çalışırdılar. Əgər düzgün addım atmasaydım, onda artıq karyeram başa çatacaqdır. Bu klubda çox insanlar mənim hörmətimə layiq deyillər”.
Qeyd edək ki, Uesli Sneyder cari mövsümümdə “İnter”in heyətində müəyyən səbəblərə görə, meydana çıxmayıb. Qışda isə o, 8 milyon avroya “Qalatasaray”a transfer olunub.

0
0