Radamel Falkao rəsmən “Monako”da - FOTO
31.05.2013 - 22:30
“Atletiko”nun hücumçusu Radamel Falkao rəsmən “Monako”ya keçib. Apasport.az saytının məlumatına görə, knyazlıq klubunun sahibi, rusiyalı milyarder Dmitri Rıbolovlev kolumbiyalı forvardın keçidini təsdiq edib.
O, Fransa futbolunun elitasına klubun qayıdışı münasibəti ilə keçirilən tədbirdə bunları deyib: “Mən rəsmən bildirirəm ki, Falkao “Monako” ilə müqavilə imzaladı. Radamel bizim klubumuzu seçdiyi üçün çox şadam. Dünyanın ən yaxşı oyunçularından birinə malik olmaq böyük şərəfdir”.
Qeyd edək ki, Falkao “Monako” ilə 5 illik müddətinə müqavilə imzalayıb. Onun keçidi isə 60 milyon avroya başa gəlib.

0
0