Türkiyə yığması uduzdu
01.06.2013 - 00:44
Türkiyə yığması uduzdu
Almaniyada təlim məşq toplanışında olan Türkiyə milli komandası növbəti dəfə yoldaşlıq görüşündə qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, bir neçə gün bundan əvvəl Latviya yığması ilə bərabərə (3:3) qalan “ay ulduzlular” bu dəfə tarixində ilk dəfə qarşılaşdıqları Sloveniya ilə üz-üzə gəlib.

DÇ-2014-ə vəsiqə qazanmaqları az olan Abdullah Avcının yetirmələri yenə azarkeşlərini məyus edib. “Şyuko Arena”da keçirilən matçda sloveniyalılar asan qələbəyə seviniblər. Görüş 2:0 hesabı ilə başa çatıb.

Qeyd edək ki, Türkiyə millisi DÇ-2014-ün seçmə mərhələsində 6 oyundan sonra 4-cü yerdə qərarlaşıb.

Yoldaşlıq oyunu
31 may

Türkiyə - Sloveniya - 0:2
Novakoviç, 11, Matavj, 66