İtaliya millisi “cırtdan”lar üzərində darmadağına sevindi
01.06.2013 - 01:15
DÇ-2104-ün seçmə mərhələsinə hazırlıq məqsədi ilə İtaliya milli komandası yoldaşlıq matçında qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, “skuadra adzurra” San-Marino ilə qarşılaşıb.
Bolonyada keçirilən oyunda meydan sahibləri “cırtdan”ları darmadağın edib. Baş məşqçi Çezare Prandellinin yetirmələri hesabı 28-ci dəqiqədə açıb. Andrea Poli fərqlənib. Qoldan 6 dəqiqə sonra Alberto Cilardinyo fərqi bir qədər də artırıb. Fasiləyə bu hesabla yollanan italiyalılar 50-ci dəqiqədə San-Marinonu Andrea Pirlo ilə daha bir dəfə cəzanaldırıb. Son nöqtəni isə 79-cu dəqiqədə Alberto Akvilani qoyub - 4:0.
Qeyd edək ki, İtaliya DÇ-2104-ün seçmə mərhələsinin B qrupunda mübarizə aparır. Apeninlilər 13 xalla qrup lideridir.
Yoldaşlıq oyunu
31 may
İtaliya – San-Marino – 4:0
Poli, 28, Cilardinyo, 34, Pirlo, 50, Akvilani, 79

0
0