“Milan”ın ulduzları Kaladzenin dostlarının qapısından 3 top keçirdi
01.06.2013 - 03:00
“Milan”ın ulduzları Kaladzenin dostlarının qapısından 3 top keçirdi
Gürcüstan millisinin sabiq müdafiəçisi Kaxa Kaladze rəsmən futboldan gedib. Apasport.az saytının məlumatına görə, Tiflisin “Dinamo” stadionunda Kaladzenin vida oyunu keçirilib.

“Milan”ın ulduzları və Kaladzenin dostları arasında baş tutan görüşdə birincilər qalib gəlib - 3:1.

Qeyd edək ki, Gürcüstan Futbol Federasiyası və onun baş sponsoru “SOCAR Georgia”nın dəvəti ilə Azərbaycan futbol veteranlarından ibarət nümayəndə heyəti də Tiflisdə olublar.