7-ci məğlubiyyət
01.06.2013 - 05:20
7-ci məğlubiyyət
Türkiyə milli komandası son dövrlər qələbə qazanmaqda çətinlik çəkir. Apasport.az saytının məlumatına görə, Almaniyada təlim məşq toplanışı çərçivəsində ikinci və sonuncu yoldaşlıq matçında Sloveniya yığmasına 2:0 hesabı ilə uduzan “ay ulduzlular” son oynadığı 8 qarşılaşmadan yalnız 1-də qələbəyə sevinib.

Baş məşqçi Abdullah Avcının rəhbərlik altında olan qardaş ölkənin milliləri 4-ü rəsmi, 4-ü isə yoldaşlıq görüşlərindən sadəcə, zəif Andorranı məğlub etməyi bacarıb. 3 qarşılaşmada isə meydanı heç-heçə ilə tərk edib. Türklər 4 oyunda isə rəqib qarşısında aciz qalıblar.

Qeyd edək ki, “ay ulduzlular” son 8 matçda rəqibi 8 dəfə cəzalandırıblar. 13 topu isə öz qapılarından çıxarmaq məcburiyyətində qalıblar.