Hakimlərin yaş məhdudiyyəti aradan qaldırılır
01.06.2013 - 09:10
Hakimlərin yaş məhdudiyyəti aradan qaldırılır
FİFA aparıcı hakimlər üçün yaş məhdudiyyətini aradan qaldırır. Apasport.az saytının məlumatına görə, qurumun prezidenti Yozef Blatter Mavrikdə keçirilən Konqresdən sonra jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, FİFA hakiminin 45 yaşında beynəlxalq miqyasda missiyasını başa vurmağı yetərli deyil: “Hakimlər Komitəsi son illərdə hakimlərin yaş məhdudiyyəti ilə bağlı məsələni təkid edirdi. Ancaq onu yenidən müzakirəyə çıxarmağın vaxtı çatıb. Bizə yüksək səviyyəli hakimlər çatışmır. Ona görə bu məsələ haqda yenidən düşünməliyik”.

Qeyd edək ki, ölkəmiz müstəqillik qazanandan sonra 3 FİFA hakimi ilə təmsil olunur.