Yuri Syomin: Bu komandanın ilk böyük mükafatını qazanmaq şansı var
01.06.2013 - 09:50
Yuri Syomin: Bu komandanın ilk böyük mükafatını qazanmaq şansı var
“Qəbələ”nin yeni baş məşqçisi Yuri Syomin Rusiya mətbuatının gündəmindən düşmür. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis Rusiya kubokunun finalında MOİK – “Anji” oyunu öncəsi tarixə nəzər salıb.

Belə ki, Syomin vaxtilə “Lokomotiv”in baş məşqçisi kimi qalib gəldiyi “Anji” ilə final matçından danışıb. Onun sözlərinə görə, Mahaçqala təmsilçisi həmin vaxtla müqayisədə çox dəyişib: “Anji” ilə oyunumuz çox gərgin idi. Biz son dəqiqələrdə hesabı bərabərləşdirərək, ardından penaltilərlə qalib gəldik. Onda “Anji” maksimal etnik komanda idi, heyətində praktiki olaraq dağıstanlılar yer almışdı. Bu oyuna Dağıstanın yarısı gəlmişdi. Rəqibin azarkeş dəstəyi əhəmiyyətli böyük idi. Bu, Mahaçqala komandasının ilk böyük uğuru idi. İndi hər şey dəyişib”.

66 yaşlı çalışdırıcı “Anji”nin hazırda Rusiya futbolunda təsiredici maliyyə vəziyyətinin sayəsində lider mövqe tutduğunu bildirib: “O, bugünkü finaldan fərqli onda favorit deyildi. Mahaçqalalıların motivasiyası çempionluğu bayram edən MOİK-dən böyük olacaq. Bununla əlaqədar “Anji”nin mövsümü düzəltmək və ilk böyük mükafatını qazanmaq şansı var”.