“Pərdis Fərcad-Azadı maraqlanan klublara sərfəli məbləğə sata bilərik”
01.06.2013 - 11:01
“Milli komandamıza da cəlb olunan hücumçumuz Pərdis Fərcad-Azada bir neçə klubumuzdan maraq var”. Bu sözləri apasport.az saytına açıqlamasında “Sumqayıt”ın prezidenti Kamran Quliyev deyib. Onun sözlərinə görə, milliləşdirilən hücumçuları Pərdis Fərcad-Azad klublarımızın maraq dairəsinə düşüb. Belə ki, Pərdisin milliləşib, yığmamıza cəlb olunandan sonra, yəni yerli oyunçu statusu daşımağı da öz sözünü deyir.
Ancaq Quliyev 25 yaşlı Fərcad-Azadla bağlı rəsmi təklif almadıqlarını bildirib: “Biz o vaxt açıqlama verə bilərik ki, futbolçumuzun transferi ilə bağlı rəsmi məktub alaq, klublar arasında danışıqlar olsun. Ancaq müəyyən agentlər səviyyəsində Pərdisə maraq var ki, klublarımız onlarla əməkdaşlıq sayəsində bunu edir. Ancaq transferin gerçəkləşməyi üçün bizə rəsmi təklif olub, onu göndərənlə danışıqlarımızın olmağı lazımdır. Bu isə hələ olmadığından, açıqlama verə bilmərik”.
Maraqlıdır, “Sumqayıt” ötən çempionatda vurduğu 9 qolla bombardiri olan əsas hücumçusunu sərfəli təklif müqabilində satmağa razı olar? Prezident buna belə cavablandırıb: “Gördüyünüz kimi, dünyanın ən yaxşı hücumçularından olan Radamel Falkao da böyük məbləğ müqabilində “Monako”ya satıldı. Futbolçusunu sərfəli şərtlər, yaxşı məbləğin qarşılığında satmağı kim istəməz? Futbol təkcə idman növü deyil, eyni zamanda biznes, qazancdır. Başqa futbolçularımıza da maraqlananlar var. Bizi qane edən təkliflər olarsa, onu gerçəkləşə bilərik”.
Qeyd edək ki, “Atletiko” ötən ay Bakıya gətirdiyi kolumbiyalı futbolçusu Falkaonu 60 milyon avroya Fransanın yüksək liqasına qayıdan “Monako”ya satıb.
Mehman SÜLEYMANOV

0
0