“Zenit”in baş məşqçisi: Futbolçumuzun günahı yoxdur, azərbaycanlı hakim səhv etdi
01.06.2013 - 11:22
“Zenit”in baş məşqçisi: Futbolçumuzun günahı yoxdur, azərbaycanlı hakim səhv etdi
“Qəbələ gözəl turnirdə çıxış etdik. Hər şey ideal səviyyədə idi. Yenidən belə dəvət alsaq, onu qəbul edərik”. Apasport.az saytının Qəbələyə ezam olunmuş əməkdaşının məlumatına görə, bu fikirləri “Zenit”in 15 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Dmitri Polyakov deyib. II Qəbələ kuboku beynəlxalq turnirində çıxışını başa vuran Sank-Peterburq təmsilçisi bu gün “Qəbələ” ilə 1:1 hesabı ilə oynayaraq, oyun sonrası penaltilərdə uduzub.

Maraqlıdır ki, 4:2 hesabı olan zamanı qalib artıq müəyyənləşdiyindən, baş hakim penaltiləri dayandırmaq əvəzinə qonaqların sonuncu zərbəni vurmağına imkan verib. Polyakovun bu kuryoz olaya belə münasibət bildirib: “Burda bizim futbolçunun günahı yoxdur. Səhv hakimindir ki, daha bir zərbəni vurmağına imkan verdi. Halbuki hesab 4:2 olanda, qalib bilindiyindən, seriya saxlanılmalı idi. Ancaq baş hakim bunu etməyərək, davam etdi və futbolçumuz da penaltini dəqiq vuraraq hesabı 4:3 etdi”.

Qeyd edək ki, turniri azərbaycanlı hakim edir.

Səbuhi TOFİQOĞLU