“Qəbələ” ilə rahat oynayırdıq, ancaq əcnəbilərlə yox”
01.06.2013 - 11:35
“Komandamız 6-cı olduğu turnirdə 1 qol vurdu. Bu da penaltidən oldu. Hücum xəttimizdə problemin olduğu hiss olunur”. Apasport.az saytının Qəbələyə ezam olunmuş əməkdaşının məlumatına görə, bu fikirləri “Bakı”nın 15 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Adil Şükürov deyib.
Bu gün 5-ci yer uğrunda oyunda “Beşiktaş”a 1:3 hesabı ilə uduzan “zolaqlılae”ın gənc çalışdırıcısı beynəlxalq oyun təcrübələrinin az olduğunu bildirib: “Beynəlxalq təcrübəsizlik özünü göstərir. Belə turnirlərdə çıxış etmək yaxşı təcrübədir. “Qəbələ” ilə oynadığımız zamanı bizə rahat idik. Çünki tanıdığımız Azərbaycan komandası ilə oynayırdıq. Ancaq əcnəbi klublar bizim üçün yeni rəqib olduğundan, həyəcan olur, futbolçular özlərini itirir. Daha yaxşı olardı ki, beynəlxalq oyun təcrübəmizin artmağı məqsədilə belə turnirlərdə çox oynayaq”.
Səbuhi TOFİQOĞLU

0
0