“Arşavinin Azərbaycanda oynayacağı ilə bağlı yazılanlarla inanmalıyam ki?”
01.06.2013 - 12:07
“Arşavinin Azərbaycanda oynayacağı ilə bağlı yazılanlarla inanmalıyam ki?”
“Mən Andrey Arşavinin karyerasını Azərbaycanda davam etdirməyini eşitməmişəm. Rusiya mətbuatında çox şey yazıla bilər”. Apasport.az saytının Qəbələyə ezam olunmuş əməkdaşının məlumatına görə, bu fikirləri “Zenit”in 15 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Dmitri Polyakov deyib. “Zenit” Futbol Akademiyasının yetirməsi olan məşhur rusiyalı futbolçu Andrey Arşavinin “Arsenal”la yollarını ayırandan sonra karyerasını Azərbaycanda davam etdirəcəyi ilə bağlı qonşu ölkənin mətbuatında çox yazılar gedir.

Ancaq Polyakov bunları ciddiliyə almır: “Rusiya mətbuatı yazsa ki, Messi “Anji”yə keçir, məgər buna inanmalıyam? Əgər inansaydım, onda yığmanın baş məşqçisi olmazdım ki...”

Səbuhi TOFİQOĞLU