“Beşiktaş”la “Qəbələ” futbolçu mübadiləsi edəcək
01.06.2013 - 14:22
II Qəbələ Kubokunun iştirakçılarından olan “Beşiktaş” klubu “Qəbələ” ilə əməkdaşlıq etmək niyyətindədir. Bunu İstanbul klubu Futbol Akademiyasının direktoru Əmrah Bayraktar apasport.az saytının Qəbələyə ezam olunmuş əməkdaşına bildirib.
Bayraktarın sözlərinə görə, təşəbbüs məhz onun tərəfindən gəlib. Hazırda bu barədə müzakirələr gedir. Əgər bu münasibətlər rəsmi sənəd üzərində təsdiqini tapsa, o zaman növbəti il “Qəbələ”dən 1-2 futbolçu “Beşiktaş”a yollanacaq. Maraqlıdır ki, əks marşrutla “Beşiktaş”dan Qəbələyə də təcrübə keçməyə yollanan futbolçu olacaq.
Səbuhi TOFİQOĞLU

0
0