Toni Adams hədiyyələr payladı, “Barselona” "Gangnam Style" oynadı
01.06.2013 - 14:27
Toni Adams hədiyyələr payladı, “Barselona” "Gangnam Style" oynadı
“Qafqaz Sport” otelində II Qəbələ Kuboku beynəlxalq turnirinin iştirakçı komandaları üçün qala gecə təşkil olunub. Apasport.az saytının məlumatına görə, tədbirdə "Qəbələ"nin prezident müşaviri Toni Adams tərəfindən heyət rəhbərlərinə xatirə plaketləri və hədiyyələr təqdim olunub.

Gecənin sonunda futbolçular rəqs bacarıqlarını nümayiş etdiriblər. Xüsusilə "Barselona"nın heyətində yer alan asiya əsilli futbolçular məşhur "Gangnam Style" rəqsi ilə diqqət çəkiblər.