“Barselona”nın futbolçusu möcüzə sayəsində sağ qaldı
01.06.2013 - 15:07
“Barselona”nın futbolçusu Aleksis Sançes həyatını itirmək təhlükəsi ilə üzləşib. Apasport.az saytının məlumatına görə, çilili hücumçu avtomobilində möcüzə nəticəsində sağ qalıb.
Belə ki, evinə “Audi” markalı avtomobildə qayıdan futbolçu bir anda idarəetməni itirərək, qarşı zolağa çıxıb. Bu zaman avtomobil saatda 100 kilometrdən artıq sürətlə hərəkət edərək, qarşıdan gələn maşınla toqquşacaqmış. Avtomatik təhlükəsiz sistemi vaxtında işə düşməsəydi, Aleksis güclü zərbədən sağ çıxmazdı. Futbolçu onu reaksiyasının xilas etdiyini etiraf edib.
Nəticədə Sançesin arxasınca “Barsa”nın futbolçuları gələrək, onu evinə aparıb. “Audi” isə yolda qalıb və bərk qorxan çilili yenidən sükan arxasına əyləşməyə risk etməyib.

0
0