“Qəbələ”nin yarımmüdafiəçisi ən yaxşı seçildi
01.06.2013 - 22:25
“Qəbələ”nin yarımmüdafiəçisi ən yaxşı seçildi
15 yaşadək futbol komandaları arasında keçirilən II Qəbələ Kubokuna yekun vurulub. Apasport.az saytının Qəbələyə ezam olunmuş əməkdaşının məlumatına görə, “Portu” – “Feyenoord” final görüşünü izləyənlər arasında fövqəladə hallar naziri Kəmaləddin Heydərov da izləyib.

Qarşılaşma başa çatdıqdan sonra isə mükafatlandırma mərasimi keçirilib. Əvvəlcə final görüşündə idarəçilik edən, əslən Qəbələdən olan baş hakim Orxan Məmmədov və onun briqadası mükafatlandırılıb. Daha sonra futbolçulara müxtəlif nominasiyalar üzrə mükafatlar verilib. Turnir təşkilatçıları etika xatirinə bütün komandalardan oyunçuları mükafatsız qoymayıb.

Vitali Qarulyov (Zenit), Emil Əliyev (Bakı) - ən yaxşı Fair Play qaydalarına riayət edən futbolçular
Xoan Fernandes Valero (Barselona) - ən yaxşı qapıçı
Rodni Nkele Konqolo (Feyenoord) - ən yaxşı müdafiəçi
Dmitri Topalov (Şaxtyor), Baxşəli Baxşəliyev (Qəbələ) - ən yaxşı yarımmüdafiəçilər
Rıfat Can Aslan (Beşiktaş), Madi Queta (Portu) - ən yaxşı hücumçular
Seunqvoo Li (Barselona) - ən yaxşı oyunçu

Bundan sonra isə “Qəbələ”nin prezidenti Tale Heydərov və vitse-prezident Fariz Nəcəfov turnirdə ilk 3 yeri tutan komandalara medalları və kubokları təqdim edib. “Barselona” bürünc, “Feyenoord” gümüş və “Portu”ya qızıl medallar verilib. Bütün komandalara müvafiq kubokları Tale Heydərov təqdim edib.

Səbuhi TOFİQOĞLU