“Barselona” “Qəbələ”nin əməkdaşını mükafatlandırdı
02.06.2013 - 00:10
“Qəbələ”nin əməkdaşı Nahid Ramazanov “Barselona” Futbol Klubu tərəfindən mükafatlandırılıb. Apasport.az saytının Qəbələyə ezam olunmuş əməkdaşının məlumatına görə, bu hadisə “Qafqaz Resort Hotel”in Naxçıvan restoranında baş tutan şam yeməyi zamanı gerçəkləşib.
Belə ki, “Barselona” U-15-nin nümayəndə heyətinə rəhbərlik edən, həm də ispan dilindən tərcüməçi funksiyasını yerinə yetirən Ramazanov gözlənilməz sürprizlə üzləşib. 5 gün ərzində çəkdiyi əziyyəti qarşılıqsız qoymamaq qərarına gələn İspaniya təmsilçisi onu klubun forması ilə mükafatlandırıb.
Qeyd edək ki, Nahid Ramazanov “Qəbələ”nin əvəzedici komandasının baş məşqçisi Luis Araqonun tərcüməçisi vəzifəsində çalışır.
Səbuhi TOFİQOĞLU

0
0