Özbəkistan və ABŞ qazandı, Qazaxıstan uduzdu - YENİLƏNİB
02.06.2013 - 20:55
Bakıda III Caspian Cup beynəlxalq turniri davam edir. Apasport.az saytının məlumatına görə, bu gün AFFA-nın təşkilatçılığı və AccessBank-ın baş sponsorluğu ilə baş tutan ənənəvi yarışın pley-off mərhələsinin dörd qarşılaşması keçirilib.
Öz qruplarından ikinci yerlə çıxan Özbəkistan, Uruqvay, ABŞ və Bolqarıstan 5-8-ci yerlər uğrunda mübarizə aparıblar. Belə ki, Özbəkistan milli komandası Uruqvayla, ABŞ Bolqarıstanla münasibətlərinə aydınlıq gətirib.
Görüşdə Özbəkistan və ABŞ futbolçuları qələbə qazanıb.
Qrup sonuncuları olan Qırğızıstan, Qazaxıstan, İordaniya və Tacikistan isə 9-12-ci yerlər uğrunda mübarizəyə qoşulublar. Burada Qırğızıstan Qazaxıstanla, İordaniya isə Tacikistanla qarşılaşıb.
Bu matçda isə Qırğızıstanla Tacikistan qələbəyə seviniblər.
Qeyd edək ki, Azərbaycan millisi sabah ötən ilin qalibi Gürcüstan yığması ilə finala çıxmaq üçün mübarizə aparacaq.
Pley-off mərhələsi
2 iyun
Özbəkistan – Uruqvay - 1:1 (pen - 4:2)
ABŞ – Bolqarıstan - 2:0
Qırğızıstan - Qazaxıstan - 1:0
İordaniya - Tacikistan - 0:2

0
0