“Bavariya” ölkəsində bir ilkə imza atdı
02.06.2013 - 18:22
Almaniya kubokunun finalında “Ştutqart”ı 3:2 hesabı ilə məğlub edən “Bavariya” ölkəsində bir ilkə imza atıb. Apasport.az saytının məlumatına görə, Münhen klubu mübarizə apardığı 3 cəbhədə zəfər qazanan tək Bundesliqa komandası ünvanına sahib olub.
Belə ki, ölkə çempionatını 91 xalla rekord qıraraq başa vuran, Çempionlar Liqasının finalında Dortmund “Borussiya”sına qalib gələn münhenlilər, dünən gecə də növbəti kuboka sahib çıxıb. Bu vaxta qədər isə Almaniyada hər 3 kuboku qazanan komanda olmamışdı.
Qeyd edək ki, bu, “Bavariya”nın tarixində 16-cı Almaniya kuboku olub.

0
0