Florentino Peres 2017-ci ilə qədər “Real”da
02.06.2013 - 19:02
Florentino Peres 2017-ci ilə qədər “Real”da
“Real”ın prezidenti Florentino Peresin səlahiyyətləri daha 4 il də uzadılıb. Apasport.az saytının məlumatına görə, buna iyunun sonlarında yeni seçiləcək prezident seçkiləri üçün heç bir şəxs namizədliyini irəli sürməyəməsi səbəb olub.

“Kral klubu”nun idarə heyətinin qərarı ilə Peresin səlahiyyətləri 2017-ci ilə qədər davam edəcək.

Bununla da, 66 yaşlı inşaat maqnatı “Real”a 4-cü dəfə rəhbərlik edəcək. İlk dəfə 2000 və 2004-cü illərdə Madrid təmsilçisinin prezidenti olan Peres, 2006-cı ilə istefa vermişdi. 2009-cu ildə isə o, yenidən “Real”ın rəhbəri seçilmişdi.

Florentinonun dövründə madridlilərin heyətində Zinəddin Zidan, Luiş Fiqu, Kriştianu Ronaldo kimi bir çox məşhur futbolçular çıxış edib.

Qeyd edək ki, Peresin yeni prezident vəzifəsində işləməsi iyunun 4-dən başlanacaq.