Cihan Özkaranın yeni baş məşqçisi İstanbula gəldi
02.06.2013 - 19:23
Cihan Özkaranın yeni baş məşqçisi İstanbula gəldi
“Anji”nin idman direktoru Roberto Karlos Türkiyənin İstanbul şəhərinə gəlib. Apasport.az saytının məlumatına görə, Aəzərbaycan yığmasının hücumçusu Cihan Özkaranın şərəfini qoruduğu “Sivasspor”un baş məşqçi vəzifəsinə gətirilən Braziliya milli komandasının sabiq müdafiəçisi Hava limanında KİV nümayəndələrinin suallarını cavablandırıb.

Karlos yeni klubunda uğur qazanmaq üçün əlindən gələn hər şey edəcəyini bildirib.

Qeyd edək ki, “Sivasspor” Roberto Karlosun baş məşqçi kimi, ilk iş yeri olacaq.