Çempionlar Liqasının qalibi sabiq komandasına qayıtdı
02.06.2013 - 20:10
“Bavariya”nın yarımmüdafiəçisi Anatoli Timoşuk sabiq komandasına qayıdıb. Apasport.az saytının məlumatına görə, Ukrayna milli komandasının futbolçusu 2007-2009-cu illər arasında çıxış etdiyi “Zenit”lə 2 illik müddətinə müqavilə imzalayıb.
Bu xəbəri Peterburq klubunun rəsmi saytı da təsdiqləyib.
“Bavariya”nın (2009-2013) heyətində iki dəfə Almaniya çempionu, kuboku, Superkuboku və 1 dəfə də Çempionlar Liqasını qazanan 34 yaşlı oyunçu ilə Münhen təmsilçisi müqavilənin müddətini uzatmayıb.
Qeyd edək ki, Timoşuk “Zenit”lə Rusiya çempionu, Rusiya Superkuboku, UEFA və UEFA Superkubokuna sahib olub.

0
0