Yığmamızın rəqibi 2 qolla sevindi
03.06.2013 - 08:03
Yığmamızın rəqibi 2 qolla sevindi
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan İsrail yığması yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, israillilər Honduras yığmasını sınağa çəkib.

ABŞ-da baş tutan qarşılaşmada rəqibimiz qalib gəlib. İsrail millisi Nyu-Yorkdakı görüşsə 2 cavabsız qol vurmağı bacarıb. İsraillilərin qollarını 51-ci dəqiqədə Ezra, 76-cı dəqiqədə Əbuhatzira vurub.