Darmadağınla “Neftçi” qarşısına
03.06.2013 - 08:15
Darmadağınla “Neftçi” qarşısına
Avropanın daha bir ölkəsində çempionun adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, Makedoniyanın ən güclüsü çempionatın son turunda bəlli olub.

Bu turadək hesabında müvafiq olaraq 65 və 63 xal olan “Vardar”la “Turnovo” son oyun günündə üz-üzə gəlib. Çempionun müəyyənləşdiyi matç darmadağınla başa çatıb. Qonaqların qapısına 5 cavabsız qol vuran “Vardar” ardıcıl 2-ci. Ümumilikdə 7-ci dəfə Makedoniya çempionu olub. “Turnovo”nun büdrəməsindən yararlanan “Metallurq” 2-ci, çempiona uduzan komanda isə 3-cü olub.

Qeyd edək ki, “Vardar” Çempionlar Liqasının II təsnifat mərhələsində Azərbaycan çempionu “Neftçi”nin potensial rəqiblərindəndir.