İlk dəfə
03.06.2013 - 08:30
“Sutyeska” klubu tarixində ilk dəfə Monteneqro çempionu olub. Apasport.az saytının məlumatına görə, Nikşiç təmsilçisi buna mövsümün son turunda nail olub.
Bu turadək 62 xalla ən yaxın izləyicisi “Buduçnost”u 2 xal qabaqlayan “Sutyeska” “Lovçen”lə ev oyununda çempionluğu qazanıb. Autsayderlə görüşdə yeni çempion çətinliklə 3 xal əldə edib – 2:1. Çempionun izləyicisi isə “Mornar”la ev oyununda 0:1 hesabı ilə uduzaraq 2-ci pillədə qalıb. 3-cü yer isə “Selik”in olub.
Qeyd edək ki, “Sutyeska” Çempionlar Liqasının II təsnifat mərhələsində Azərbaycan təmsilçisi “Neftçi”nin potensial rəqiblərindəndir.

0
0