Caspian Cup: Qardaş finalı - YENİLƏNİB
03.06.2013 - 20:40
Caspian Cup: Qardaş finalı - YENİLƏNİB
III Caspian Cup beynəlxalq turniri davam edir. Apasport.az saytının məlumatına görə, AFFA-nın təşkilatçılığı və AccessBank-ın baş sponsorluğu ilə 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında bu gün yarımfinal mərhələsinin oyunları keçirilib

Əvvəl meydana Azərbaycan və Gürcüstan yığmaları çıxıb. Ötənilki turnirin finalında gürcülərə məğlub olan (0:1) millimiz bu dəfə yarımfinalda onlardan qisas ala bilib. Son dəqiqələri azlıqda keçirsək də, penaltilər seriyasında Nikolay Adamın yetirmələri qalib ayrılıb.

Komandamızın finaldakı rəqibi isə Türkiyə - Yaponiya matçından sonra müəyyənləşib. Burada “ay ulduzlular” Asiya təmsilçilərindən daha güclü olaraq, həlledici mərhələdə millimizin rəqibi olub.


Azərbaycan – Gürcüstan - 0:0 (penaltilərlə - 5:4)
Qırmızı vərəqə: Elməddin Məmmədov, 80+2
Hakimlər: Vüsal Əliyev, Elşən Acalov, Munis Abdullayev, Feyzulla Feyzullayev
Bayıl Arena

Türkiyə – Yaponiya - 1:0
Hakimlər: Anar Salmanov, Ramil Namazov, Vüsal Qənbərov, Yusif Nurullayev
Bayıl Arena