“Xəzər Lənkəran”ın yeni transferi yığmaya çağırıldı
03.06.2013 - 09:08
“Xəzər Lənkəran”ın yeni transferi Nikola Qliqorov Makedoniya yığmasından dəvət alıb. Apasport.az saytının məlumatına görə, 29 yaşlı futbolçu Skandinaviya təmsilçiləri ilə yoldaşlıq oyunlarına çağırılıb.
Belə ki, o bu gün Malmödə İsveçlə və iyunun 11-də isə Osloda Norveçlə oyunlarda çıxış edə bilər. Zlatan İbrahimoviçin çıxış etdiyi İsveç yığması ilə oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Qeyd edək ki, Nikola Qliqorov “Xəzər Lənkəran”a Cənubi Kiprin “Alki” klubundan transfer olunub. Ampluaca dayaq yarımmüdafiəçisi olan futbolçu komandadan vaxtından erkən göndərilmiş Robert Alvijin yerinə alınıb.

0
0