“Neftçi” üçün son siyahı
03.06.2013 - 09:15
“Neftçi” üçün son siyahı
Çempionlar Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayacaq 32 klubun tam siyahısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının qalibi “Neftçi” də daxil olmaqla, bu mərhələnin bütün iştirakçıları artıq səbətlərə də bölünüb.

Bu isə o deməkdir ki, mərhələ iştirakçıları arasında 16-cı reytinqə malik “Neftçi”nin potensial rəqiblərinin hamısı məlumdur. 34 klubun çıxış edəcəyi mərhələyə 2 komanda I təsnifatdan gələcək. Burada “Streymur” (Farer adaları, 2,316), “Tre Penne” (San-Marino, 1,383), “Lusitanos” (Andorra, 1,100), “Şirak” (Ermənistan, 0,850) mübarizə aparacaq.

Bu duellərdəki 2 qalib “Neftçi”nin mümkün rəqibi olacaq. Digər 15 səpələnməmiş komanda arasında “Hafnarfyordur” və “Nomme Kalyu” kimi tanış rəqiblər də yer alıb.

Səpələnmişlər: BATE (Belarus, 39,175), “Seltik” (Şotlandiya, 37,508), “Styaua” (Rumıniya, 35,604), “Viktoriya” (Çexiya, 28,745), “Dinamo” (Xorvatiya, 25,9160), “Partizan” (Serbiya, 17,425), “Legiya” (Polşa, 13,650), “Şerif” (Moldova, 11,533), “Maribor” (Sloveniya, 9,941), “Slovan” (Slovakiya, 8,341), “Elfsborq” (İsveç, 8,125), “Makkabi” (Təl-Əviv, İsrail, 8,075), “Molde” (Norveç, 7,835), HİK (Finlandiya, 6,701), “Ekranas” (Litva, 6,300), “Neftçi” (Azərbaycan, 5,708), “Dinamo” (Gürcüstan, 5,333)

Səpələnməmişlər: “Jelezniçar” (Bosniya və Herseqovina. 4,566), “Hafnarfyordur” (İslandiya, 4,083), “Qyor” (Macarıstan, 3,850), TNS (Uels, 3,766), “Ludoqorets” (Bolqarıstan, 3,450), “Sliqo Rovers” (İrlandiya, 3,225), “Şaxtyor” (Qazaxıstan, 2,941), “Skenderbeu” (Albaniya, 2,833), “Birkirkara” (Malta, 2,541), “Kliftonvill” (Şimali İrlandiya, 2,116), “Vardar” (Makedoniya, 2,050), “Dauqava” (Latviya, 1,658), “Nomme Kalyu” (Estoniya, 1,191), “Fola” (Lüksemburq, 0,925), “Sutyeska” (Monteneqro, 1,300), I təsnifat mərhələsinin 2 qalibi