“İnter” hamıdan erkən yollandı
03.06.2013 - 09:26
“İnter” hamıdan erkən yollandı
Ölkəmizi Avroliqada təmsil edəcək “İnter” hazırlıq keçmək üçün dünən Kocaelinin Kartəpə qəsəbəsinə yollanıb. Apasport.az saytının məlumatına görə, artıq Türkiyədə olan “bankirlər” iyunun 11-dək burda təlim-məşq toplanışı keçirəcək.

Komanda 9 gün ərzində "The Green Park Resort & Spa" otelində məskunlaşacaq. Burda daha çox fiziki hazırlığa önəm verəcək “İnter”in Türkiyənin aşağı dəstə klublarından biri ilə yoxlama oyunu keçirməsi gözlənilir.

Qeyd edək ki, "İnter" bu gün Türkiyədə ilk məşqinə çıxacaq.