Yuri Syomin: Komandalar bizə əla tamaşa hədiyyə etdilər!
03.06.2013 - 09:49
Yuri Syomin: Komandalar bizə əla tamaşa hədiyyə etdilər!
“Qəbələ”nin rusiyalı baş məşqçisi Yuri Syomin vətəninə qayıdıb. Apasport.az saytının məlumatına görə, hazırda Moskvada olan 66 yaşlı mütəxəssis iyunun 20-də Qəbələyə qayıdaraq, işinin icrasına başlayacaq.

Hələliksə rusiyalı həmkarlarımızın diqqət mərkəzində olan Syomin ölkə kubokunu ən çox qazanan baş məşqçi kimi fikirlərini bildirib. Belə ki, Rusiya kubokuna 5 dəfə (4 dəfə “Lokomotiv”, 1 dəfə “Dinamo”) ilə sahib çıxan çalışdırıcı MOİK – “Anji” finalını dəyərləndirib: “Əlbəttə, bu, məhz MOİK-in qapıçısı İqor Akinfeyevin finalı idi. Eto O minimum 2 dəfə ona qol vurmalı idi. Ancaq İqor xilas etdi! Mən hələ penaltilər seriyasını demirəm. Qapıçıların işi elədir ki, onlar ayrı matçlarda da qələbə qazanmalıdır. İndi məhz belə haldır. Ümumiyyətlə, komandalar bizə əla tamaşa bəxş etdilər. Futbolun keyfiyyəti, əzmkarlıq – hər şey yüksək səviyyədə idi. Özü də hər 2 tərəfdən. Buna bir neçə amil imkan verdi”.